image-n1karobka_ads
image-123
image-1721374170204513074_1200x630backend

Azərbaycan mətbuatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTO

image-ad_qayo_720x110px

Milli mətbuatımızın 149 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.

Burada çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid “Əkinçi” qəzetinin yaranmasının tarixi əhəmiyyəti və məqsədi barədə danışıb. O əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

R.Məcid artıq ənənə halını alan Beynəlxalq Media Forumunun Şuşada keçirilməsinin dərin rəmzi məna daşıdığını vurğulayıb.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirib ki, “Əkinci” qəzeti Azərbaycan xalqının milli şüurunun formalaşmasında, milli kimliyimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli də Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə fikirlərini bölüşüb.

DOĞRU.AZ

image-17213718273051958977_1200x630 image-17213741706170855358_1200x630 image-1721374170992519285_1200x630 image-17213718276156758835_1200x630 image-1721374170492817760_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki