image-ads_n1karobka_mobile
image-8f709263-f627-3b39-af41-951797134c5c_850backend

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, bununla da Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı Sərəncamın icrası təmin edilib.

Belə ki, oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki