image-n1karobka_ads
image-123
image-bde51bf0-9696-3ee9-878f-f21694c262fb_850backend

Azərbaycanın iki güləşçisi Bakıdakı dünya çempionatında medal qazanıb

image-ad_qayo_720x110px

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub.

Oxu.Az xəbər verir ki, yarışın üçüncü günündə daha iki idmançımız medal qazanıb.

Jalə Əliyeva (57 kq) qızıl, Birgül Soltanova (62 kq) bürünc mükafata sahib olublar.

Beləliklə, qadınlardan ibarət yığmamız medalların sayını 6-ya çatdırıb.

Qeyd edək ki, yarışda ötən gün Ruzzana Məmmədova (49 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) bürünc, Gültəkin Şirinova (53 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, turnir dekabrın 3-dək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki