image-2000x150px
image-123
image-ads_atlas
image-esas-fotobackend

Azərbaycanın ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində istifadəyə verilib

image-728x90px

Gəncə şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başlayıb.

Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerBlast” MMC-nin özəl tərəfdaşı olan “DM Service” şirkətinin nümayəndəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

Tədbir iştirakçıları dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC-nin ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə istifadəyə verdiyi müəssisədə yaradılan şəraitlə tanış olublar. Zavodun fəaliyyət imkanları və istehsal texnologiyaları haqqında məlumat verən “AzerBlast” MMC-nin baş direktoru Rizvan Baxşıyev hazırda ölkəmizdə mülki təyinatlı partlayıcı maddələrin yeganə istehsal müəssisəsində əsasən dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin istehsalı həyata keçiriləcəyini bildirib.

Ümumi sahəsi 5665 m2 olan müəssisənin inşasına 2023-cü ilin yanvar ayında başlanıldığını, inşaat prosesinin 12 ay davam etdiyi diqqətə çatdırılıb. Zavodun istehsal xətti Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki