image-ads_n1karobka_mobile
image-image_940x_69bc31c4d84b2backend

Bakı şəhər icra hakimiyyəti başçısının maaşı ARTIRILDI – 13200 manat

image-add-a-heading

Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Ajans.az xəbər verir ki, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib:

Bakı şəhəri 13200 manat

Gəncə və Sumqayıt şəhərləri 9900 manat

digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.

Müəyyən edilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun nəzərə alınmaqla, bu Fərmanda göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır.

Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulur.

Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki