image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-09t101147-096backend

Bakı-Sumqayıt qatarı 45 dəqiqə gecikdi: Sərnişinlər soyuq havada əlacsız qaldılar

image-728x90px

Bakı-Sumqayıt elektrik qatarı 45 dəqiqə gecikib.

Bu gün səhər saat 08:00-da Sumqayıt sərnişin stansiyasından hərəkətə başlamalı olan qatar gecikib. Dəmiryol işçiləri bu barədə sərnişinlərə dolğun məlumat verməyiblər.

Sərnişinlər deyirlər ki, qatar 45 dəqiqə gecikmə ilə gəlib. Bu zaman müddətində sərnişinlərə turniketlərin yanında gözləməyə imkan verilməyib, sərnişinlər 45 dəqiqə platformada soyuq hava şəraitində əlacsız gözləməli olublar.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki