image-n1karobka_ads
image-123
image-08dd22f8-fe0f-3359-9d9f-d5795ac3d10e_850backend

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 3-də Səbail rayonu ərazisindən 1 400 manat dəyərində iki ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki