image-n1karobka_ads
image-123
image-istibackend

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış gözlənilir

image-ad_qayo_720x110px

İyulun 14-də ölkə ərazisində hava əsasən günəşli keçəcək, bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağa bilər.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə temperatur 21-26°, gündüz isə 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu şimal çimərliklərində 24-25°, cənub çimərliklərində 25-26° olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək, hətta dolu ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda isə 13-18°, gündüz 28-33° isti olacaq.

Naxçıvanda və Şərqi Zəngəzur bölgəsində hava əsasən yağmursuz keçəcək. Lakin Kəlbəcər, Laçın və Zəngilan ətrafında yağış və şimşək ehtimal edilir.

Qazax, Gəncə, Samux, Goranboy, Şəmkir, Tovuz, Naftalan, Balakən-Zaqatala, Qəbələ-Şəki zonasında hava əsasən açıq olacaq, bəzi dağlıq ərazilərdə yağıntı mümkündür.

Aran bölgəsində – Yevlax, Kürdəmir, Ağcabədi, Bərdə, Sabirabad, Şirvan və digər ərazilərdə temperatur 40°-yə qədər yüksələcək. Cənub bölgəsində – Masallı, Lənkəran, Lerik və Astara ətrafında hava yağmursuz keçəcək, temperatur 33-38° arasında dəyişəcək.

Arabir duman, zəif küləklər müşahidə olunacaq. Hava ilə bağlı xəbərdarlıqlar və isti hava şəraitinə qarşı ehtiyatlı olmaq tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki