image-n1karobka_ads
image-123
image-1689502122_yagisli_hava_0337backend

Bakıda leysan yağacaq – Hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin Doğru.az-a verdiyi məlumata görə, mayın 19-dan 20-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağış, bəzi yerlərdə isə qısamüddətli leysan və şimşək gözlənilir.

Gündüz saatlarında hava əsasən yağmursuz keçəcək, külək şimal-qərbdən əsəcək, sonra cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda gecə 15-18°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gündüz 55-60 % təşkil edəcək.

Ölkə rayonlarında da fasilələrlə yağış, şimşək və leysan müşahidə ediləcək. Bəzi yerlərdə dolu düşə bilər, axşam saatlarında yağıntılar tədricən səngiyəcək. Dağlıq ərazilərdə hava gecə 5-10°, gündüz 12-17° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki