image-n1karobka_ads
image-123
image-img_5496backend

Bakıda Sibel Canın möhtəşəm konserti keçirilib – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Türkiyənin məşhur müğənnisi Sibel Can növbəti dəfə paytaxtımızın qonağı olub.

Doğru.az xəbər verir ki, sevilən səs sənətçisi bu dəfə Bakı Konqres Mərkəzində sevənləri ilə görüşüb.

Sibel Can Azərbaycanı ikinci vətəni adlandırıb: “Yenidən burda olduğum üçün çox xoşbəxtəm. Məni bugün tək qoymadığınıza görə sizə ayrıca təşəkkür edirəm. Yaxşı ki, varsınız”.

Konsert proqramı ilə çıxış edən ulduz qonaq gecə boyunca iki geyim dəyişib.

Cəlbedici müğənni konsert proqramında köhnə və yeni mahnılarını ifa etməklə yanaşı, Azərbaycan mahnılarını da oxuyub. Müğənni səhnədə rəqsləri ilə də diqqət çəkib. O demək olar ki, dinamik mahnıların hər birində ayrı-ayrı rəqslər edib.

Sibel Can konsertin sonunda Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğunu və burada çıxış etməkdən hər zaman xoşbəxt və məmnun olduğunu söyləyib.

Qeyd edək ki, konsertin təşkilatçısı “Anadolu Events” şirkəti idi.

DOĞRU.AZ

image-img_5494 image-img_5495 image-img_5493 image-img_5492

image-img-20241209-wa0034image-img_5497

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki