image-n1karobka_ads
image-123
image-bayden-1backend

Bayden çıxışını hərbçilərlə görüş üçün bitirib

ABŞ prezidenti Co Bayden iqtisadi məsələlərlə bağlı çıxışını tamamlayıb və hərbçilərlə təcili toplantıya yola düşüb. 

Bayden izah etdi ki, “başqa bir məsələ” ilə məşğul olmaq üçün vəziyyət mərkəzinə getməli oldu.

Təxminən eyni vaxtda Suriyadakı ABŞ hərbi bazalarına hücumla bağlı xəbərlər yayılıb. Al Mayadeen telekanalının məlumatına görə, Suriyanın cənub-şərqində səhrada yerləşən ABŞ-ın At-Tanf bazası iki pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Jurnalistlərin sözlərinə görə, pilotsuz təyyarələr Amerika bazasının hava hücumundan müdafiəsini yarmağa müvəffəq olub.

Radikal HƏMAS hərəkatının İraq qolu zərbəyə görə məsuliyyəti öz üzərinə götürüb və onun nümayəndələri bildiriblər ki, zərbə həm də qaçqın düşərgəsi olan Rukban bazasını hədəf alıb.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki