Mayın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi ara-sıra güclənəcək. Gecə 15-17°, gündüz isə 24-27° isti gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış, şimşək, dolu və qısa müddətli leysan ehtimalı var.
Dağlıq rayonlarda temperatur 5-10°, gündüz 14-19° isti olacaq. Aşağı ərazilərdə isə 23-28° isti proqnozlaşdırılır.
Naxçıvanda gündüz hava 30 dərəcəyədək isti olacaq, şərq küləyi müşahidə olunacaq.
Xankəndi, Şuşa, Füzuli və ətraf bölgələrdə də yağmursuz hava üstünlük təşkil etsə də, gündüz saatlarında lokal yağışlar və dolu gözlənilir.
Şimal-qərb və cənub bölgələrində də oxşar hava şəraiti hökm sürəcək – əsasən açıq, bəzən yağışlı və mülayim küləkli.
DOĞRU.AZ