Birləşmiş Ərəb Əmirlikləri OPEC+ kvotaları çərçivəsində neft hasilatının məhdudlaşdırılması fonunda 2024-cü il üçün ÜDM artımı proqnozunu aşağı salıb.
Bu barədə Bloomberg ölkənin mərkəzi bankının rüblük iqtisadi icmalına istinadən yazır.
Yeni hesablamaya görə, BƏƏ iqtisadiyyatı bu il əvvəllər gözlənilən 5,7% əvəzinə 4,2% artacaq. Sənəddə qeyd edildiyi kimi, bu, “OPEC+ 2023-cü ilin noyabrında imzalanmış razılaşma fonunda neft hasilatının yavaş bərpası, eləcə də qeyri-neft sektorunda sabit, lakin yavaşlayan artımla bağlıdır”.
Mərkəzi Bankın bildirdiyinə görə, neft sektorunun artımının indi 3%-dən bir qədər az olacağı proqnozlaşdırılır, orta gündəlik hasilat 3 milyon barel təşkil edir ki, bu da əvvəlki təxmin edilən 8,1%-dən əhəmiyyətli dərəcədə aşağıdır.
Eyni zamanda, qeyri-neft iqtisadiyyatı üzrə artım proqnozu əvvəlki gözləntilərə uyğun olaraq 4,7% səviyyəsində saxlanılıb.
Mənbə: Bloomberg