Rusiyanın “Mir” kartları Belarus ərazisində fəaliyyətini davam etdirəcək, bu barədə respublikanın Rusiya Federasiyasındakı səfirliyinin nazir-müşaviri Aleksandr Şpakovski bildirib.
“Belarus “Mir” sisteminin ödəniş kartlarına xidmət göstərməkdə davam edir və müttəfiq öhdəliklərindən yayınmaq niyyətində deyil”, – diplomat vurğulayıb.
Son bir neçə həftə ərzində bir neçə dost ölkənin bankları ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyat edərək Mir kartlarına xidmət göstərməkdən imtina ediblər. Aprel ayından etibarən Qırğızıstan (Elkart) və Ermənistanın (ArCa) ödəniş sistemləri Rusiyanın NSPK ilə işini dayandırıb. Oxşar qərarı Qazaxıstanın ən böyük kredit təşkilatları da qəbul ediblər.
Mənbə: TASS