image-n1karobka_ads
image-123
image-68e60c73ae5ac975c7766b6ebackend

Belqorod vilayətinə raket hücumu nəticəsində 3 nəfər həlak olub

image-ad_qayo_720x110px

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın Maslova Pristan kəndinə endirdiyi raket zərbəsi nəticəsində 3 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını açıqlayıb.

Doğru.az xəbər verir ki, Qladkov Telegram kanalında yayımladığı məlumatda Maslova Pristan kəndinin raket atəşinə tutulduğunu bildirib:
“İlkin məlumatlara görə, üç nəfər ölüb, bir nəfər yaralanıb”, – deyə qubernator qeyd edib.

Onun sözlərinə görə, hücum nəticəsində sosial obyektin binası qismən dağılıb. “Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və özünümüdafiə qüvvələri artıq hadisə yerindədir, dağıntıları təmizləyir. Dağıntılar altında insanlar ola bilər”, – Qladkov əlavə edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bir gecə ərzində ölkə ərazisi üzərində Ukraynaya məxsus 53 pilotsuz uçan aparatın məhv edildiyini bildirmişdi. Onlardan 28-i Belqorod vilayəti üzərində vurulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki