image-n1karobka_ads
image-123
image-1718948414805419579_1200x630backend

Bəzi bölgələrdə leysan xarakterli yağıntılar müşahidə olunur – FAKTİKİ HAVA

Mayın 24-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə edilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm təşkil edib.

Culfa şəhərində şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənib.

Daşkəsən, Şəmkir və Lerikdə duman müşahidə olunur, duman səbəbindən görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 27 dərəcə, Naxçıvan MR-da 30 dərəcə, Aran rayonlarında 29 dərəcə, dağlıq ərazilərdə isə 15 dərəcəyədək isti qeydə alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki