image-2000x150px
image-123
image-ads_atlas
image-147001_o7vh418ysgbackend

Bəzi rayonlara qar yağıb

image-728x90px

Azərbaycan ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb.

Qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Qubada 3 mm, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki