image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20211116-144928_gallerybackend

“Bir Bax, Min Yaşat” foto sərginin təqdimatı olacaq – FOTO

image-728x90px

Doğru.az xəbər verir ki,  23 noyabr 2021-ci il tarixdə saat 17:00-da Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir Bax, Min Yaşat” fərdi foto sərgisi keçiriləcək.

Müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk təqdimatıdır. Azərbaycanın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyindən bəhs edən sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

Heydər Əliyev Sarayının foto sərginin təşkilində məqsədi sərgilənən foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşakar insanlara diqqət göstərmək, dəstək olmaqdır.

Qeyd edək ki, foto sərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq gəlir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

DOĞRU.AZ

image-fb_img_1637050603591

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki