Londonun ICE birjasında Brent markalı neftin qiyməti dekabrın 10-dan bəri ilk dəfə bir barel üçün 72 dollardan aşağı düşüb.
Bu barədə TASS ticarət məlumatlarına istinadən yazır.
Moskva vaxtı ilə saat 19:28-ə olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 1,3% azalaraq 71,99 dollar olub.
Bundan əvvəl Brent markalı neftin qiyməti noyabrın 11-dən bəri ilk dəfə olaraq bir barel üçün 74 dolları ötüb.
DOĞRU.AZ