image-nerjbanner
image-ads_atlas
image-snimok-ekrana-2024-05-30-v-10-36-pic_32ratio_1200x800-1200x800-99297backend

Bleyk Layvli və Rayan Reynolds uzun müddət sonra ilk dəfə uşaqları ilə birlikdə ictimaiyyət qarşısına çıxıblar

image-nerjbanner

Aktyorlar Bleyk Layvli və Rayan Reynolds uzun müddət sonra ilk dəfə uşaqları ilə birlikdə ictimaiyyət qarşısına çıxıblar. Bu barədə “Page Six” məlumat yayıb.

36 yaşlı Bleyk Layvli və 47 yaşlı Rayan Reynolds varisləri ilə birlikdə müğənni Teylor Sviftin İspaniyadakı Eras turnesi çərçivəsində baş tutan konsertinə qatılıblar. Madriddəki Santiago Bernabeu stadionunun VIP zonasında məşhurlar görüntülənib. Qonaqlardan biri tamaşada ailəni lentə alıb.

Rayan Reynolds 2012-ci ildən aktrisa Bleyk Layvli ilə evlidir. Toydan iki il sonra aktyorların Ceyms adlı ilk qızları dünyaya gəldi. 2016-cı ildə İnez adlı bir qızın və 2019-cu ildə Betti adlı bir qızın valideynləri oldular. 2022-ci ilin fevral ayının sonunda aktyorlar Bleyk Layvli və Rayan Reynolds dördüncü dəfə valideyn oldular. Körpə dünyaya gəldikdən sonra CNBC kanalında “Power Lunch” proqramına çıxan aktyor həyat yoldaşı ilə çox xoşbəxt olduğunu bildirib.

Mənbə: Lenta.ru

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki