BMT-nin Baş katibi Antonio Quterreş Venesuelanın Təşkilatdakı Daimi Nümayəndəsi Samuel Monkada ilə görüşüb. Görüş zamanı o, respublikanın təbii sərvətləri üzərində suverenliyini vurğulayıb.
Doğru.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: “Baş katib Venesuelanın təbii sərvətləri üzərində daimi suverenliyini və Venesuela neftinin venesuelalılara məxsus olduğunu vurğuladı”.
Quterreş həmçinin ABŞ-ın Venesueladakı əməliyyatını BMT Nizamnaməsinin və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ hakimiyyətinin Venesuela neftini necə idarə etmək niyyətində olduğunu açıqlamış, eyni zamanda Venesuelanın neft infrastrukturuna nəzarət edəcəyinə söz vermişdi.
DOĞRU.AZ




























