Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağının heç bir bölgəsində aclıq vəziyyətinin olmadığını bəyan edib.
Doğru.az xəbər verir ki, bu barədə məlumat Qida Təhlükəsizliyi Mərhələlərinin İnteqrasiya olunmuş Təsnifatının (IPC) təhlili əsasında açıqlanıb.
Qeyd olunub ki, aparılan qiymətləndirmələr nəticəsində Qəzzada humanitar vəziyyətin ağır olmasına baxmayaraq, bölgənin heç bir hissəsində aclıq mərhələsinin qeydə alınmadığı müəyyən edilib.
Xatırladaq ki, bundan əvvəl İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti Qəzza zolağında Fələstin HƏMAS hərəkatının əsas liderlərindən biri olan Raed Saad-ın öldürüldüyünü açıqlamışdı.
DOĞRU.AZ




























