ABŞ-ın Braun Universiteti kampusda baş verən atışmadan sonra 2025-ci ilin payız semestri üçün qalan bütün imtahanları ləğv edib.
Doğru.az xəbər verir ki, bu barədə məlumat təhsil müəssisəsinin rəsmi saytında yayımlanıb. Bəyanatda qeyd olunur:
“Bütün fakültələrdə akademik və müəllim heyətinin rəhbərliyi ilə geniş müzakirələrdən sonra 2025-ci ilin payız semestrində kurslar üçün qalan bütün əyani imtahanları ləğv etmək qərarına gəldik…”
İstisna olaraq Tibb Fakültəsi və Executive MBA IE proqramının tələbələri üçün imtahanların keçiriləcəyi bildirilib.
Xatırladaq ki, daha əvvəl polis Braun Universitetində baş verən atışmada şübhəli şəxsi saxlayıb. Hadisə nəticəsində iki nəfər həlak olub.
DOĞRU.AZ




























