image-n1karobka_ads
image-123
image-d6c61fee-dc8d-4b57-8155-613fe263a1a7backend

Brilliant 22 il sonra bu mahnısına klip çəkdirdi

image-ad_qayo_720x110px

Xalq artisti Brilliant Dadaşova 2002-ci ildə təqdim etdiyi “Səninləyəm” adlı albomunda yer alan “Səni səni” mahnısına 22 il sonra klip çəkdirib.

Doğru.az  bildirir ki, “Best of Brilliant” layihəsi çərçivəsində yeni aranjimanda təqdim edilən ifa üçün kamera qarşısına keçən estrada ulduzu imici ilə də diqqət çəkib.

Mahnının klipi üçün xüsusi dekorlar qurulub. Pop ulduz müxtəlif obrazlarda iddialı görüntüsü ilə göz oxşayıb. Sənətçinin tərzi üzərində stilist Elnur Həsənov çalışıb.

“Caspian Media Group”un ekranlaşdırdığı layihənin rejissoru Qulu Əsgərovdur.
Qeyd edək ki, mahnının sözləri Dadaşovaya, musiqisi Faiq Sücəddinova aiddir.

DOĞRU.AZ

image-133279de-0b79-4f3e-80fc-fea827c7b3fa image-a79cec47-3327-4109-aba0-b9c7c50cfb0b image-d6c61fee-dc8d-4b57-8155-613fe263a1a7 image-f19c0af6-712f-4766-828b-5dfb16f2a710 image-fe2f665b-06bc-4082-856f-f522451dbdff

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki