image-2000x150px
image-123
image-ads_atlas
image-221723_6olcghejzlbackend

Brilliant Dadaşova Hüseynbala Mirələmovu müdafiə etdi

image-728x90px

Xalq artisti Brilliant Dadaşova bir neçə gündür yayılan videosu ilə gündəmdən düşməyən sabiq deputat Hüseynbala Mirələmovu tənqid edənlərə cavab verib.

Doğru.az Axşam.az isrinadən xəbər verir ki, müğənni sosial şəbəkədə onun videosuna yazılan şərhlərə etiraz edib.

“Bu yaşlı kişini bu qədər tənqid edənlərin görəsən öz ataları yoxdur? Öldürməsəniz əl çəkməyəcəksiniz?” deyə, müğənni fikir bildirib. Dadaşovanın sözlərinə sosial şəbəkə izləyiciləri də biganə qalmayıblar. Onlar ifaçının özünü tənqid etməyə başlayıblar.

B.Dadaşova ünvanına yazılanlara “Belə şeylər mənim xasiyyətimə uyğun deyil. Səninkimilərin əxlaqdan danışması heç kimi təəccübləndirmir. Mən həmdən həmə, siz dəmdən dəmə. Səninkimilər mənim nə demək istədiyimi heç vaxt qanmaz” sözləri ilə cavab verib.

Qeyd edək ki, sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də universitetin Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki