Böyük Britaniya Belarus, Suriya və İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Bu barədə krallıq hökumətinin saytında məlumat verilib.
O cümlədən, Belarusa qarşı sanksiyalar siyahısına Belarus Ali Məhkəməsinin hakimi və prokurorları daxil edilməklə 17 vəzifə genişləndirilib.
İnsan hüquqlarının pozulması ilə əlaqədar 16 nəfərə məhdudiyyət qoyulub. Həmçinin Suriyaya qarşı sanksiya siyahısı 8 mövqe, İrana qarşı isə 5 mövqe genişləndirilib.
Dekabrın 7-də Böyük Britaniya Seaborgium, Star Blizzard və Cold River kimi tanınan “Callisto” haker qrupu ilə əlaqəsi olduğu iddia edilən iki rusiyalıya sanksiya tətbiq edib.
Sanksiya siyahısına Aleksey Doqujiev kimi tanınan Andrey Korinets və Rusiya Federasiyası FSB-nin əməkdaşı olduğu iddia edilən Ruslan Peretyatkonun adları daxil edilib.
Mənbə: Haber Global