“Nə Şəbnəmdə, nə də Vəfada günah var. Mahnını yazan kimdirsə, tanımıram, amma günah ondadır. Mənə bir mahnı gəlməsə, ondan nə xəbərim olar, nə də oxumağa cəhd göstərərəm”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “7 Tamam” verilişində deyib. Müğənni bir neçə gündür gündəmdən düşməyən Vəfa Şərifova və Şəbnəm Tovuzlu qalmaqalından danışıb. O bildirib ki, mübahisənin səbəbkarı bəstəkardır:
“İndi özünə bəstəkar deyənlər, hər mahnıdan bir parça oğurlayıb ortaya çıxaranlardır. Bütün günah o, mahnını yazandadır. Heç vaxt belə hərəkət etməyin. Kimdirsə, bilmirəm. Amma bilib ki, bu iki müğənninin arasında problem var, gah ona, gah buna göndərib pul alıb. Deyib, bir manat ondan, bir manat bundan artıaq alım. Heç biriniz bunu oxumayın. Əgər az da olsa bizlərə hörmətiniz varsa, oxumayın. Nə mərdimazar mahnıdır ki, iki nəfəri bir-birinə qırdırıb. Mahnıda bir mahnı ola”.
Əməkdar artist Könül Kərimova isə məsələ ilə bağlı “Günah bəstəkardadır. İkisi də eşidib mahnını. Hər ikisi çox aqressiv yanaşır. Bu qədər aqressivlik edə bilməzdim. Qətiyyən bu mahnıya yaxınlaşmazdım” sözlərini söyləyib.
Qeyd edək ki, Vəfa və Şəbnəm “Cənnətimsən” adlı mahnıya görə günlərdir mübahisə edir.
DOĞRU.AZ