image-2000x150px
image-123
image-ads_atlas
image-e6reuwwphgbjkvkdxuqqn3kowet7k3snvwzeko8qbackend

Çəltikçilik sahəsində beynəlxalq əməkdaşlıq genişlənir – FOTO

image-728x90px

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi, əhalinin düyüyə olan tələbatının daxili istehsal hesabına ödənilməsi, çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində son  illərdə  bir sıra əhəmiyyətli tədbirlər görülüb. Çəltikçilik sahəsində fəaliyyət göstərən beynəlxalq, regional və milli qurumlarla əməkdaşlıq əlaqələri genişləndirilir. Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) bu bitkinin xəstəlik və zərərvericilərə davamlı və məhsuldar sortlarının yaradılması, həmçinin kadr hazırlığı sahəsində Mərkəzi və Qərbi Asiya Çəltik Mərkəzi (CWARice) və Türkiyə ilə əməkdaşlıq edir.  

Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin təşəbbüsü ilə çəltikçilik sahəsində ƏETİ ilə Malaziya Kənd Təsərrüfatı Tədqiqat və İnkişaf İnstitutu (MARDİ) arasında onlayn görüşlər keçirilib və nəticədə Əməkdaşlığa dair Memorandum layihəsi hazırlanıb. Memorandumun imzalanması və qarşılıqlı müzakirələrin aparılması məqsədilə MARDİ-nin direktoru Dr. Mohamad Zabavinin rəhbərliyi ilə həmin institutun nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Dato Yubazlan Yusof ƏETİ-də və Lənkəran rayonunda olublar. ƏETİ-də tədqiqat infrastrukturu ilə tanışlıqdan sonra tədqiqat heyəti ilə elmi müzakirələr aparılıb, atılacaq növbəti addımlar müzakirə edilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov ölkədə əkinçilik sistemləri, prioritet bitkilər, torpaq və iqlim şəraiti, kənd təsərrüfatı sahəsində qəbul edilmiş dövlət  proqramları, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi və çəltikçiliyin mövcud vəziyyəti barədə məlumat verib.

Gürüşün sonunda ƏETİ-nin direktoru Faiq Xudayev və MARDİ-nin direktoru Dr. Mohamad Zabavi Əməkdaşlığa dair Memorandumu imzalayıblar.

Daha sonra səfir və nümayəndə heyəti çəltik emalı müəssisələri ilə tanış olmaq, çəltikçiliyin mövcud vəziyyəti ilə bağlı yerli istehsalçılarla müzakirə aparmaq üçün Lənkəran rayonuna səfər ediblər. Lənkəran DAİM-də keçirilən müzakirələrdə Lənkəran, Masallı, Astara DAİM-lərin rəhbərləri və əməkdaşları, Lənkəran Aqrar İnnovasiya Mərkəzinin direktoru, fermerlər iştirak edib. Tədbirdə Lənkəran DAİM-in direktoru Tofiq Rzayev bölgədə çəltikçiliyin vəziyyəti, ƏETİ-nin direktoru Faiq Xudayev isə seleksiya və toxumçuluq işlərinin vəziyyəti barədə məlumat veriblər. Fermerlər məhsuldarlığın artırılmasında sertifikatlı toxumun əhəmiyyətli rolu olduğunu vurğulayıblar. Nümayəndə heyəti Lənkəran rayonunda fəaliyyət göstərən bir sıra özəl  müəssisələrdə həyata keçirilən emal prosesi ilə də tanış olub.

DOĞRU.AZ

image-ls8zce0c1kq26n5qkn40cuowqdjzuxkcfdfoizoo image-x3ei8mb8b7ezgnhr2hdk6remnk2yavj44boe9dqj image-zyq1r8toyj4gucqut4fpiok31csqjdswrxfsnpme image-fgs23qmnsaryowb6rtrbcymjwka1v7n5ok9c8sfx

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki