Çelyabinsk meteoritinə bənzər ölçülərə malik 2025 QD8 asteroidi Ay orbitinə daxil olaraq Yerə 200 min kilometrdən bir qədər çox məsafədə yaxınlaşıb.
Doğru.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilir ki, obyekt ilk dəfə 2025-ci il avqustun 18-də aşkarlanıb və daha əvvəl alimlərə məlum olmayıb. Sentyabrın 3-nə olan məlumata görə, asteroid hələ də Ayın orbitində hərəkət edirdi.
Xatırladaq ki, bundan əvvəl Yer kürəsində G3 səviyyəli güclü maqnit qasırğaları qeydə alınmış, sentyabrın 7-də isə Moskvada Ay tutulması müşahidə olunmuşdu.
DOĞRU.AZ