image-2000x150px
image-123
image-ads_atlas
image-upload-fbmecl4veaacplu-pic_32ratio_900x600-900x600-27729backend

Cennifer Lopez və Ben Afflek arasındakı fərqləri nəyin “kəskinləşdirdiyi” məlum oldu

image-728x90px

Aktyorlar Cennifer Lopez və Ben Afflek həyata fərqli baxışlarına görə boşanma ərəfəsindədirlər.

Bu barədə Us Weekly məlumat yayıb.

Məşhurlara yaxın mənbə bildirib ki, aktyorlar münaqişələri başqa cür həll etməyə öyrəşiblər. Onun sözlərinə görə, Cennifer Lopez anlaşılmazlıqları müzakirə etməyə üstünlük verir, Ben Afflek isə mübahisə zamanı geri çəkilir. Bundan əlavə, aktyorlar arasındakı fərqlər uşaq böyütmək və maliyyə məsələlərinə müxtəlif yanaşmalar, habelə daimi işgüzar səfərlər ilə “kəskinləşdi”.

“Hər ikisinin də müxtəlif şəhərlərdə olmalarını tələb edən mürəkkəb işləri var. Zaman keçdikcə Cennifer və Ben arasında səmərəli ünsiyyət qurmaq getdikcə çətinləşdi, kiçik anlaşılmazlıqlar ciddi mübahisələrə çevrildi”, – deyə insayder bildirib.

Bu yaxınlarda Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğu haqda şayiələr yayılıb. Aktyorun təxminən 60 milyon dollar dəyərində olan evindən köçdüyü bildirilirdi. Eyni zamanda, insayder qeyd edib ki, onların ixtilafında sənətçinin heç bir günahı yoxdur.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki