image-n1karobka_ads
image-123
image-7a9a13f0-b11d-11ee-bc2f-cb5579b90709-pngbackend

Çin: “İqlim dəyişikliyi təbii fəlakətləri adi hala çevirir”

image-ad_qayo_720x110px

Çinin Fövqəladə İdarəetmə Nazirliyinin sözçüsü Şen Zhanli təbii fəlakətlərin artması ilə bağlı xəbərdarlıq edib.

Doğru.az xəbər verir ki, o, mətbuat konfransı zamanı iqlim dəyişikliyinin təsirlərinə toxunaraq bildirib:
“Son illərdə qlobal iqlim dəyişikliyinin təsiri altında təbii fəlakətlərin qəfilliyi, ekstremallığı və gözlənilməzliyi xüsusilə daşqınlar zamanı daha qabarıq görünür.”

TASS agentliyi Şen Zhanlinin sözlərinə istinadla qeyd edir ki, Çində baş verən bəzi təbii kataklizmlər artıq əvvəlki rekordları və fəlakətlərə dair ənənəvi fikirləri üstələyib.

“Biz hazırda daşqınlara qarşı mübarizədə əsas mərhələdəyik. Bu baxımdan ilin ən çətin və ciddi dövrünə daxil olmuşuq,” – deyə nazirlik rəsmisi əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki