Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib ki, Pekin Tibet məsələsinə görə ABŞ vətəndaşlarına cavab olaraq viza məhdudiyyətləri tətbiq edib.
ABŞ Tibetlə bağlı məsələləri bəhanə edərək Çin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib
Lin Jian vurğulayır ki, Tibet məsələsi ÇXR-in daxili işidir və Vaşinqtonun bu cür hərəkətləri beynəlxalq hüququ pozur.
Diplomat əlavə edib ki, Çin qanunlarına uyğun olaraq, Çin Tibet məsələsində “pis davranan” amerikalılara cavab olaraq viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Aprelin 13-də Çin səfirliyinin sözçüsü Liu Pengyu bildirib ki, Çin viza məhdudiyyətlərinə simmetrik cavab verməyə hazırdır.
DOĞRU.AZ