image-2000x150px
image-123
image-ads_atlas
image-img-20231204-wa0040backend

Ciu-citsu üzrə Respublika çempionatı baş tutub – FOTOLAR

image-728x90px

Ötən gün Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində müxtəlif yaş qrupları və müxtəlif çəki dərəcələrində olan 16 komanda, 170-ə yaxın idmançı uşaq, yeniyetmə və gəncin güclərini sınadığı klublar və filiallararası Respublika turniri keçirilib.
Tədbirdə rəsmi qonaq qismində Braziliya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Emanuel Montenegro iştirak edib.
Tədbir hər iki ölkənin himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbiri açıq elan edən Braziliya Ciu-citsu KİB-nin prezidenti Aqil Acalov çıxışı zamanı idmanın ölkənin daxili inkişafında və beynəlxalq səviyyədə tanınmasında rolundan danışıb. Həmçinin Ulu öndər Heydər Əliyevin idmanın bugünki dinamik inkişafına təkan verən bünövrə əhəmiyyətli fəaliyyətlərindən danışan İB prezidenti onun bu müstəsna və əhəmiyyətli siyasətini unutmamalı olduğumuzu vurğulayıb.

Braziliya Ciu-Citsu KİB-nin sədri Fuad Kərimov da öz növbəsində bu kimi turnirlərin silsilə şəkildə keçirilməsinin vacibliyindən danışaraq idmançılara həm turnirdə, həm də bütün idman fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, bu kimi tədbirlərin təşkilinin davamlı olması üçün daim çalışırlar.

Braziliya Ciu-citsu döyüş sənətinin Azərbaycanda banisi Taleh Həsənov qonaqları və turnir iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətindən danışıb. Eyni zamanda potensiallı idmançılarımızın çoxluğunun sevindirici hal olduğunu bildirib.

Cənab səfir Emanuel Montenegro çıxışı zamanı ölkəmizdə Braziliya döyüş sənətinin bu qədər geniş tədris və təbliğ olunmasından dolayı minnətdarlığını və Azərbaycan-Braziliya idman əlaqələrinin qarşılıqlı qaydalı olmasından və əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib.

Yarışların sonunda qaliblər medal, sertifikat və mükafatlarla təltif olunublar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki