image-n1karobka_ads
image-123
image-2785292backend

Dağlıq ərazilərdə qar, Bakıda leysan müşahidə olunur – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrində başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.

Dağlıq ərazilərdə – Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağır.

Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki