image-n1karobka_ads
image-123
image-17621581645380333758_1200x630backend

“Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza yaradıldı – FOTO

image-ad_qayo_720x110px

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza yaradılıb.

Kitabxanadan  bildirilib ki, elektron bazada bəstəkarın həyat və fəaliyyəti haqqında məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədiyi dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni yer alıb.

Həmçinin dahi bəstəkarın layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, müəllifi olduğu operaların, musiqili komediyaların, romansların, vokal əsərlərin və mahnıların siyahısı təqdim edilib. Bazada “Üzeyir Hacıbəylinin Azərbaycanda musiqi təhsilinin inkişafında rolu”, “Bir millətin ruhunu nota danışdıran adam”, “Sənətkar ömrü” kimi məqalələrin tam mətni ilə yanaşı, müəllifi olduğu, redaktə etdiyi, “Ön söz” yazdığı və onun haqqında qələmə alınan Azərbaycan, türk, ingilis, fransız və rus dillərində nəşr edilən kitab və məqalələrin siyahısı da nümayiş olunub.

Kitabxana əməkdaşlarının hazırladığı elektron bazada “Dissertasiya və avtoreferatlar”, “İzomateriallar”, “Tələbələr”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Elektron resurslar”, “Səsyazmalar”, “Audio materiallar”, “Filmoqrafiya”, “Foto və video qalereya” kimi bölmələr də sərgilənib.

Elektron baza ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

DOĞRU.AZ

image-17621581642867020952_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki