image-2000x150px
image-bbf63428-0984-3188-9196-d581c77461a9_850backend

DİN qadının polis tərəfindən təzyiqə məruz qalması iddialarına münasibət bildirib

image-728x90px

Daxili İşlər Nazirliyi (DİN) paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis tərəfindən təzyiqə məruz qalması iddialarına münasibət bildirib

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ölkəmizdə dini adət-ənənələr, inanclı insanların əqidələrinə hörmət və ehtiram həyat tərzidir:

“Bu dəyərlərin kənardan kimlərsə tərəfindən qəsdən pozulmasına yönələn cəhdlər var və buna imkan verilməyəcəkdir. Polis xalqdan ayrı deyil – biz bu xalqın övladlarıyıq, hər bir vətəndaşın inancına və dünyagörüşünə ehtiram göstərilir.

Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib. Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir.

Bütün bunları nəzərə alaraq, həmin şəxslərlə polis tərəfindən müvafiq izahedici söhbətlər aparılmaqla islami tələblərin yerinə yetirilməsində dünyəvi dəyərlərə əməl edilməsi, qanun və qaydalara riayət edilməsi tövsiyə olunub.

Polis tərəfindən qanun və qaydaları pozmayan şəxslərə qarşı hansısa hüquqi-profilaktik tədbir görülmür”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki