image-n1karobka_ads
image-123
image-1707922656188234946_1200x630backend

Dövlət Sərhəd Xidmətinin rəisi yaralanmış hərbi qulluqçunu ziyarət edib – FOTO

Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib, müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Doğu.az-a bildirilib ki, əsgər P.Xəlilzadə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.

DOĞRU.AZ

image-17079226562376928804_1200x630 image-17079226565214628623_1200x630 image-17079226563104025741_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki