Dubay hakimiyyəti iki illik yaşayış icazəsi almaq üçün daşınmaz əmlak investisiyası ilə bağlı yeni qaydalar tətbiq edib.
Doğru.az xəbər verir ki, məlumat DLD Cube rəsmi platformasında dərc olunub. Bildirilib ki, Dubay Torpaq Departamenti tərəfindən aparılan dəyişikliklərə əsasən, minimum investisiya tələbi yenilənib.
Əvvəllər yaşayış icazəsi üçün tələb olunan minimum daşınmaz əmlak yatırımı 750 min dirhəm olub. Yeni qaydalara görə isə əgər əmlak tək sahibə məxsusdursa, dəyərindən asılı olmayaraq müraciət imkanı saxlanılır.
Ekspertlərin açıqlamasına görə, əgər əmlakın bir neçə sahibi varsa, ərizəçinin payı ən azı 400 min dirhəm (təxminən 109 min ABŞ dolları) olmalıdır.
DOĞRU.AZ

























