image-2000x150px
image-123
image-ads_atlas
image-eb5f6c56-80ca-39cf-906f-daacc249c208_850-1backend

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

image-728x90px

Azərbaycanın 4 sərbəst güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

57 kq çəki dərəcəsində çıxış edən Tofiq Əliyev 1/8 final mərhələsində Ahmet Dumanla (Türkiyə) üz-üzə gələcək.

70 kq-da yarışan Kənan Heybətov təsnifatda Əhməd Yezza (Fransa) ilə, 79 kq-dakı Əşrəf Aşırov eyni raundda Kosuke Yamakura (Yaponiya) ilə görüşəcək.

97 kq-da mübarizə aparan İslam İlyasov bu mərhələdə Şatlik Yemelyayevlə (Türkmənistan) güləşəcək.

Bu gün həmçinin 65 kq çəki dərəcəsindəki qadın güləşçi Nigar Mirzəzadə finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki