ABŞ prezidenti Donald Trampın bir sıra ölkələr üçün tarifləri təxirə salmaq qərarından sonra dünyanın ən zəngin insanlarının sərvəti rekord həddə – 304 milyard dollar artıb.
Bu barədə Bloomberg yazır.
Bloomberg Billionaire Index-in məlumatına görə , səhmlərin bahalaşmasından ən çox pul qazanan amerikalı sahibkar İlon Mask olub. Onun kapitalı 36 milyard dollar artıb.
Daha əvvəl bildirilmişdi ki, planetin ən varlı adamları Trampın tarifləri səbəbindən 208 milyard dollar itiriblər.
Qeyd edilib ki, Trampın öz sərvəti onun tətbiq etdiyi tariflərin iqtisadiyyata təsiri səbəbindən 500 milyon dollar azalıb.
DOĞRU.AZ