image-2000x150px
image-123
image-ads_atlas
image-dyp-idarebackend

DYP səyahət turları təşkil edənlərə müraciət ünvanlayıb

image-728x90px

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən şəxslərə müraciət edib.

İdarədən verilən məlumata görə, hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır:

“Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin əksər hallarda, təəssüf ki, qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keçirmələri xahiş olunur.

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görüləcək.

Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki