Əfqanıstan–Pakistan sərhədində Taliban qüvvələri ilə Pakistan sərhədçiləri arasında yenidən silahlı toqquşmalar baş verib.
Doğru.az xəbər verir ki, Tolo News-un məlumatına görə, hər iki tərəf ağır silahlardan istifadə edir. Hazırda itkilər və dağıntılar barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, oktyabrın 11-də də sərhəddə şiddətli döyüşlər qeydə alınmışdı. Həmin vaxt Tolo News Pakistan əsgərləri arasında ölənlərin sayının 12-yə çatdığını bildirmişdi.
Taliban isə daha sonra Durand xətti boyunca Pakistana qarşı həyata keçirilən əməliyyatın “uğurla” başa çatdığını elan etmişdi.
DOĞRU.AZ