Əməkdar artist Cabir İmanovla vida mərasimi baş tutub.
Doğru.az xəbər verir ki, mərasim Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə mərhumun ailə üzvləri, sənət dostları, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Cabir İmanovun qardaşı, Əməkdar artist Tahir İmanov mərasimdə çıxış edərək xatirələrini bölüşüb. O qeyd edib ki, qardaşı Qarabağın, xüsusilə də Şuşanın azad olunması xəbərini böyük sevinc və qürurla qarşılamışdı. “Cabirin sənəti, insanlara olan səmimiyyəti və Vətənə bağlılığı heç vaxt unudulmayacaq”, – deyə Tahir İmanov vurğulayıb.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanov “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
DOĞRU.AZ