image-n1karobka_ads
image-123
image-1747682603_5285274879605735046backend

Əminə Əliyeva: “Növbəti hədəfim Olimpiya çempionu olmaqdır”

Kunq-fu üzrə Azərbaycan millisinin üzvü, dünya çempionu Əminə Əliyeva qarşıya yeni və iddialı bir məqsəd qoyub. O, növbəti hədəfinin Olimpiya çempionu olmaq olduğunu bildirib.

Doğru.az oxu.az istinadən xəbər verir ki, gənc idmançı bu fikrini İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatından qızıl medalla qayıtdıqdan sonra səsləndirib:

“İki ildən sonra Olimpiya Oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm”, – deyə Əminə Əliyeva bildirib.

Onun sözlərinə görə, dünya çempionluğunu qazanmaq asan olmayıb. Rəqiblər güclü, yarış isə gərgin keçib. Lakin bu uğur onun növbəti zirvələrə daha da yaxınlaşmaq əzmini artırıb.

Hazırda Əminə Əliyeva məşqlərini intensiv şəkildə davam etdirir və qarşıdakı beynəlxalq yarışlara hazırlaşır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki