Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza və Livandan sonra İsrailin Türkiyə ərazisinə hücum edə biləcəyini etiraf edib.
“Açıq deyirəm: Fələstin və Livandan sonra bizim vətənimizin torpaqları vəd edilmiş torpaq illüziyası ilə hərəkət edən İsrail administrasiyasının nəzərlərini çevirdiyi yerə çevriləcək”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Ərdoğanın sözlərinə görə, İsrail təxribatlarla digər Yaxın Şərq ölkələrini də münaqişəyə sürükləməyə çalışır.
Bundan əvvəl Türkiyə prezidenti bildirib ki, Ankara İsrailin bölgəyə hücumlarının qarşısını almaq üçün diplomatik səyləri gücləndirib.
Mənbə RİA Novosti