Ermənistan Gürcüstanı Rusiyaya konyak ixracını süni şəkildə əngəlləməkdə şübhələnir.
Bu barədə Ermənistanın News.am agentliyi yazır.
Qeyd olunur ki, Gürcüstanla Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsində erməni konyakı ilə dolu bir neçə onlarla yük maşını ilişib qalıb.
Agentlik sürücülərdən birinin sözlərini sitat gətirir: “Buradan erməni maşınlarını sürürlər, amma türk maşınlarını qoyub gedirlər. Onlara yaxınlaşırıq, soruşuruq, deyirlər ki, bəlkə bir saata, bəlkə bir həftəyə, bəlkə bir aya, razılaşma yoxdur. Kimə yaxınlaşırsan, səni buradan kobud şəkildə çıxarırlar”.
Konyak istehsalçılarının izah etdiyi kimi, Verxniy Lars nəzarət-buraxılış məntəqəsində Rusiya və Baltikyanı ölkələrə ixrac üçün nəzərdə tutulan alkoqollu məhsullar “kortəbii laboratoriya müayinələrindən keçirilir ki, bu da böyük gecikmələrə və maliyyə itkilərinə səbəb olur”.
DOĞRU.AZ