image-n1karobka_ads
image-123
image-1744806636-1152553-yagis-dolubackend

Faktiki hava: Bəzi şimal və şərq rayonlarında yağıntılar davam edir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 17-si səhər saat 6:00-dan etibarən Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində leysan xarakterli yağış kəsilib. Düşən yağıntının miqdarı 5 millimetrədək olub.

Xidmətdən Doğru.az-a verilən məlumata görə, qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında kəsilib, lakin bəzi şimal və şərq rayonlarında yağış davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 millimetr təşkil edib.

Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76, Qrızda 38, Lerik və Xaltanda isə 8 santimetrə bərabərdir.

Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 metr/saniyəyədək güclənib, səhər saatlarında isə saniyədə 20 metrədək zəifləyib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9°, Naxçıvan Muxtar Respublikasında 5°, Aran rayonlarında 10°-dək isti, dağlıq rayonlarında isə 2°-dək şaxta qeydə alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki