image-2000x150px
image-123
image-ads_atlas
image-baki-hava_-1backend

Fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb

image-728x90px

Ölkə ərazisində fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru zəifləyəcək.

Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki