Mayın 19-dan 20-dək ölkə ərazisində hava şəraiti dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi bölgələrdə fasilələrlə leysan xarakterli yağışlar gözlənilir. Yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, sel və daşqın hadisələrinin baş verəcəyi ehtimal edilir. Eyni zamanda şimşək çaxacaq, külək arabir güclənəcək.
Doğru.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə mühüm xəbərdarlıq edib. Qurum vətəndaşlara təbii hadisələr zamanı təhlükəsizliyə ciddi əməl etməyi tövsiyə edir:
Sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durun. Təhlükə zamanı yüksək ərazilərə qalxın.
Güclü külək zamanı yüngül tikililərdən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq olun.
Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin.
Kiçik qayıqlarla dənizə çıxmayın – bu qadağandır.
İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın və açıq sahədə metal obyektlərdən uzaq durun.
FHN vətəndaşları xəbərdar edir:
“Qaydalara əməl edin, təhlükədən qorunun. Zərurət yarandıqda 112 ilə əlaqə saxlayın!”
DOĞRU.AZ