image-2000x150px
image-123
image-ads_atlas
image-20221212_zaa_a181_015-pic_32ratio_900x600-900x600-8611backend

FİFA Rubialesin futbolçu ilə öpüşməsinə görə ona 3 il futboldan qadağa qoyub

image-728x90px

Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesi üç il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb.

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

“Rubiales FİFA İntizam Komitəsinin qərarı ilə bağlı bu gün məlumatlandırılıb. FİFA İntizam Məcəlləsinin müvafiq müddəalarına əsasən, onun əsaslandırılmış qərarı tələb etmək üçün on gün vaxtı var, bu qərar FİFA-nın Apellyasiya Komitəsinə mümkün şikayətin obyekti olaraq qalır”, – məlumatda deyilir.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki